“Dilimizi eksperiment dovşanına çevirməsinlər”- Qulu Məhərrəmlidən SƏRT AÇIQLAMA

Cəmiyyət 16:30 28.11.2022
Bir müddət əvvəl "Orfoqrafiya lüğəti" ətrafında bir sıra dəyişikliklər olunması təklif olunub. Bu isə cəmiyyət arasında narazılığa səbəb olub. Çünki illərlə davam edən bu dəyişikliklər, bir çox məsələlərə mənfi təsirini göstərib. Hətta  lüğətlərdə bəzi sözlərin dəfələrlə dəyişdirilməsi insanları çətin vəziyyətə salır. 
Belə olduğu təqdirdə insanlar, əsasən jurnalistlər və müəllimlər bir-birini sözlərin düzgün yazmamaqda ittiham edirlər.  
Bəs sözlərin yazılışının tez-tez dəyişdirilməsi hansı meyarlara uyğun müəyyən edilir?  Ümumiyyətlə, dilin qaydalar sistemi neçə müddətdən bir dəyişilməlidir?  
 
Məsələ ilə bağlı Ednews-a danışan filologiya elmləri doktoru, professor, Qulu Məhərrəmli bildirib ki, son illərdə xüsusilə də, 2020- ci ildə çap olunan  “Orfoqrafiya” lüğətində sözlərin yazılışının tez-tez dəyişdirilməsi anlaşılmazlıq yaradır.    
 
 “Eyni zamanda 2013 - 2021- ci illər ərzində çap olunan lüğətlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Çünki dəyişikliklər zamanı süni, təqlidi sözləri lüğətlərə əlavə edildi. Guya dildə sözlərin sayını artırmaq məqsədilə belə bir tədbir görülüb. Amma bunun heç bir effekti olmadı. Bildirmək lazımdır ki, Orfoqrafiya lüğəti sözlərin sayının çox və yaxud az olmasını göstərməklə deyil. Bu lüğət sözlərin prinsip etibarı ilə düzgün yazılışını əks etdirir”.       
    
Professor bəzi sözlərin insanlarda necə çaşqınlıq yaratması barədə də söz açıb.  
 
 “Məsələn, kompüter sözünün yazılışı dilimizə salındıqdan sonra neçə dəfə dəyişdirilib. Eləcə də bir neçə sözlər də bu duruma düşüb. 2018-ci ildə orfoqrafiya lüğətinin qaydalarında dəyişikliklər təklif olundu. Fikrimcə, bu çox uğursuz addım idi.  Elmi cəhətdən heç bir əsası olmayan bir çox təkliflər verildi. Onlardan biri də qoşa  “y” samiti ilə olan sözlərdə ixtisar olunması ilə bağlı idi. Bunlar təklif şəklində verilir. Amma, insanların şüurunda bir qayda kimin qəbul olunur. Ona görə də indi insanlar yazı yazarkən bu sözlərin bir yoxsa  iki “y”samiti ilə yazılıb-yazılmadığını bilmirlər. İnsanların təsəvvüründə formalaşmış söz qaydalarında dəyişmələr dilə qarşı qəsddir. Orfoqrafiya qaydalarının əsas özəlliyi ondan ibarətdir ki, tələffüz sisteminin sabitliyini təmin edir. Əgər qaydalar da tez-tez dəyişdirilirsə  bu necə olmalıdır?”  
 
Professorun sözlərinə görə , dil qaydalarının dəyişdirilmə müddəti olmamalıdır.   
 
“Sadəcə olaraq dil qanununda göstərilir ki, 5 ildən bir orfoqrafiya lüğəti çap olunmalıdır. Bu da dilimizə yeni sözlərin  gəlməsi ilə əlaqəlidir. Yəni,dilimizə daxil olan yeni sözlər lüğətə salınmalıdır. Bizdə təəssüf ki,  bu sahədə “çalışırıq” görüntüsü yaratmaq üçün belə yanlış addımlara yol verirlər. Bu işlə məşğul olanlardan istəyimiz odur ki, dili eksperiment dovşanına çevirməsinlər. Bu sahədə atılan hər hansı addım məsuliyyət, xüsusi bilik tələb edir”.   
 
Dilçi-alim Rafiq İsmayılov isə bildirib ki Orfoqrafiya lüğəti 5 ildən bir dəyişdirilməlidir.     
 
“Amma buna əməl olunmur, təxminən 10 ildən bir dəyişdirilir. Orfoqrafiya qaydaları 2020-ci ildə dəyişdirildi, 2021-ci ildə isə yenidən dəyişiklik olundu. Orfoqrafiya  lüğətində bəzi sözlərin dəyişdirilməsi onu tərtib edən şəxslərin sanki subyektiv  yanaşmasından irəli gəlir. Məsələn, 2004-cü ildə Orfoqrafiya lüğətində sanatori, prafilaktori sözü yazılırdı. Indi isə sanatoriya prafilaktoriya kimi yazılır.  Bilmirsən ki, bu kimi sözlərin belə yazılması nəyə görədir? Kefləri necə istəyir elə də edirlər. Bununla bağlı araşdırma aparılmır ki, başqa dillərdən bizə yeni sözlər daxil olarkən hansı qaydalara riayət etmək lazımdır.  Bir neçə məqam var ki, onlar daima mübahisə doğurur. Bu bəzi söz birləşmələrinin bitişik yoxsa ayrı yazılması ilə əlaqədardır”.   
 
O həmçinin qeyd edib ki dilimizdə öz yerini tapmış bir sıra yeni sözlər var ki, onlara orfoqrafik qaydalarda   dəyişiklik olunmamalıdır. Sözlər sabit qalmalıdır. Kimlərinsə subyektiv yanaşmalarına əsasən sözlərdə dəyişiklik etmək olmaz.   
 
Ayan Rzayeva
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Hamısı