Azərbaycanda bu tarixdə turizm sammiti keçiriləcək - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda bu tarixdə turizm sammiti keçiriləcək

Cəmiyyət A- A A+
Dekabrın 8-də turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” tədbiri keçiriləcək.
 
Bu barədə Ednews-a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.
 
Sammit Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə keçiriləcək.
 
Tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq.
 
Bakı Konqres Mərkəzində baş tutacaq tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektorun nümayəndələri iştirak edəcək.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...