"Bu bir növ Allahın işinə qarışmaqdır" - İlahiyatçıdan süni ətlə bağlı AÇIQLAMA - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

"Bu bir növ Allahın işinə qarışmaqdır" - İlahiyatçıdan süni ətlə bağlı AÇIQLAMA

Cəmiyyət A- A A+

2030-cı ildə ət bazarının 35 %-ni kök hücüyrədən hazırlanan süni ət tutacaq. Aparılan tədqiqatlara əsasən, 2030-cu ildə laboratoriya şəraitində yetişdirilən ət istehsalı canlı heyvanlardan əldə olunan ət istehsalı ilə rəqabət apara biləcək hala gələcək.

Belə bir şəraitdə müsəlman ölkələrinin bir çoxunda böyük müzakirələr başlayıb. Bu cür süni ətin haram və halal olması barədə bir sıra fikirlər irəli sürülür. 

Müzakirələr içində ən əsas məsələ isə “Bismillah” ilə kəsilməyən ətin necə halal olması barədə fikirlərdir. 

Məsələ ilə bağlı Ednews-a danışan ilahiyyatçı Tural İrfan qeyd edib ki,  İslam dininə və digər səmavi dinlərə görə insan sağlamlığına zərər vuran istənilən qida haram və qadağandır.

"Ümumiyyətlə bütün qidalar, məhsullar, meyvə, tərəvəzlər təbii halda, təbii formasında istifadə olunmalıdır. İslam dinində süni nəsə hazırlamağa xoş baxılmır. Çünki bu, bir növü Allahın işinə qarışmaqdır. Ən əsası isə hazırlanacaq o ətin tərkibinə baxmaq lazımdır".

İlahiyyatçı, həmçinin, ətin haram yaxud halallığına tərkibini tam bilmədən hökm verməyin mümkün olmadığını da vurğulayıb:

"Biz sadəcə bu məsələnin ümumi mahiyyətini qiymətini indi verə bilərik. Əgər o süni ətin tərkibində insan sağlamlığı və genetikası, gələcək nəsillər üçün ziyanlı, zərərli nələrsə varsa, hətta buna xırda bir ehtimal, şübhə belə olarsa o cür ətin istehsalı da, satışı da, istifadəsi də haram və cinayətdir".

Nəzrin Beydiyeva



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...