Gəncə İH-nin qarşısında insident iddiaları ilə bağlı DİN-dən - AÇIQLAMA - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

Gəncə İH-nin qarşısında insident iddiaları ilə bağlı DİN-dən - AÇIQLAMA

Cəmiyyət A- A A+
Noyabrın 29-da bir qrup şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək həmin şəxslərlə profilaktiki söhbət aparıb.
 
Onlara İcra Hakimiyyəti rəhbərliyinin qəbul qaydaları xatırladılıb.
 
Ednews   Apa.az-a istinadən xəbər verir ki, bu barədə  DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
 
Onun sözlərinə görə, həmin şəxslər polislə hər hansı bir mübahisə və ya münaqişə yaşamadan ərazini tərk ediblər:
 
"Əraziyə gələn vətəndaşlardan biri üzərində gətirdiyi kəsici alətlə qolunu kəsərək xəsarət yetirən zaman, polis əməkdaşları ona dərhal ilkin tibbi yardım göstərərək xəstəxanaya yola salıb".
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...