Pakistan və Hindistandan Azərbaycana axışan DİLƏNÇİLƏR İCTİMAİ ŞURANIN SƏDRİNDƏN İTTİHAMLARA CAVAB

Cəmiyyət 17:29 29.11.2022

Son zamanlar Azərbaycana səyahət edən  pakistanlı, hindistanlı əcnəbi vətəndaşları çoxalmaqdadır.

Maraqlıdır, onların bu cürə rahat ölkəyə daxil olması necə tənzimlənir? Eyni zamanda bu insanların əksəriyyəti küçələrdə dilənçiliklə də məşğul olurlar.

Ednews məsələ ilə bağlı Dövlət Miqrasiya Xidməti Yanında İctimai Şuranın sədri Azər Allahverənov və sosioloq Lalə Mehralının fikirlərini öyrənib. Cavabları təqdim edirik:

Azər Allahverənov açıqlamasında vurğulayıb ki, Dövlət Miqrasiya Xidməti bu məsələni tənzimləmir.

“Onlar ölkəyə girişi turizmlə həyata keçirirlər. Turist vizasını Xarici İşlər Nazirliyindən alırlar. XİN-də onların Azərbaycana girişinə icazə verir. Onlar maksiumum 1 ay qala bilirlər. Əgər onlar ölkədə 1 aydan artıq qalırlarsa bu artıq inzibati xətadır. Deməli, 1 ay müddətində qalmaq istəyən əcnəbi ilk 15 gün ərzində Dövlət Miqrasiya Xidmətində qeydiyyata düşür. Tutaq ki, hansısa mehmanxanada, oteldə, sanatoriyada, yataqxanada və.s. olurlar. Əgər 1 aydan sonra həmin şəxslər ölkə ərazisini tərk etmirlərsə, artıq Dövlət Miqrasiya Xidməti onlarla bağlı qərar verir. Ölkədən xaric olunmaqla və inzibati qaydaları pozmaqla bağlı qərar çıxardır. O ki, qaldı onların dilənçiliklə, taksi sürücülüyü ilə, hansısa firmada fəhlə, qapıçı işləyirsə həmin şəxslərin qeyri-qanuni əmək faəliyyəti ilə məşğul olmasını manitorinq edən digər qurumlar var. Məşğulluq idarəsi, Daxili İşlər Nazirliyi onlar bilavasitə ölkədə qanunsuz qalan xarici vətəndaşlarla bağlı reydlər keçirirlər. Reydlər zamanı əgər pozuntu faktları aşkarlanırsa həmin şəxs cərimələnir. Həmin şəxsi işə cəlb edən də cərimələnir. Çünki qanuni əmək fəaliyyəti ilə məşğul ola bilməz. Bundan sonra Dövlət Miqrasiya Xidmətinə məlumat verilir. Onların inzibati qaydada ölkə ərazisində çıxarılmasını təşkil edilir”.

Lalə Mehralı isə pakistanlı, həm də hindistanlı miqrantların ölkəyə 2 səbəblə gəldiklərilərini bildirib:

“Onlar ya qalıb işləmək, ya da üçüncü ölkəyə keçmək üçün tranzit ölkə kimi Azərbaycandan istifadə edirlər. Qarabağın işğaldan azad edilməsindən sonra xüsusilə bu axın güclənib. Ölkəyə gənc nəslin axın etməsi isə  bunu təsdiqləyir ki, bu ərazilərdə yenidənqurma, bərpa, təmir işlərində bol işçi qüvvəsinə ehtiyac olduğu qənaətini göstərir.  Həmin bu insanlar bəzən iş tapa bilirlər, tapa bilməyənlər isə dilənçiliklə, bəziləri isə küçə ticarəti ilə məşğul olurlar”.

Sosioloqun sözlərinə görə taksi sürücüsü kimi fəaliyyət göstərən əcnəbilərin əksəriyyəti ölkəmizə turist vizası ilə gəlib, icazəsi olmadığı halda əmək fəaliyyəti ilə məşğuldurlar.

“Qanunvericilikdə bu qadağan edilir. Turist vizası ilə gələn bir əcnəbi burda onu qane edən bir iş tapıbsa və qalıb işləmək istəyirsə, öz ölkəsinə qayıdaraq işçi vizası əldə etməlidir. Onları əmək vizası, müvəqqəti yaşamaq icazəsi olmadan işə götürənlər  insanların sıx istifadə etdiyi nəqliyyat növündə işləmələrinə şərait yaradır.

Əgər bu insanlardan bir gün bir nəfəri cinayət etsə kim cavab verəcək? Qanunları pozub bu insanları işə götürənlər necə məsuliyyətdən yaxa qurtaracaqlar?

Bu miqrantların əksəriyyəti Bakıətrafında məskunlaşıb, onsuz da qədərindən çox insanla yüklənmiş paytaxtda sıxlıq bir az da artıb, ictimai nəqliyyata minmək olmur, metroya düşmək müşkülə çevrilib. Ucuz işçi qüvvəsi kimi onların varlığı öz vətəndaşlarımızın işsizliyi deməkdir. Ölkəmizdə hər cür yenidənqurma, bərpa işləri üçün tələb olunan istənilən sahə üzrə peşəkar var, bunun üçün xarici işçi qüvvəsinə ehtiyacımız yoxdur”.

Oğuz Ayvaz

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı