Orduda snayper hazırlığı TƏLİMLƏRİ - VİDEO - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Orduda snayper hazırlığı TƏLİMLƏRİ - VİDEO

Cəmiyyət A- A A+
2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir.
 
Bu barədə Ednews-a  Müdafiə Nazirliyindən məlumat verilib.
 
Tədris proqramına uyğun olaraq yüksək hərbi biliyə və təcrübəyə malik zabitlər tərəfindən kursantlara müxtəlif snayper silahlarının taktiki-texniki xüsusiyyətləri və onların istismar qaydaları öyrədilir.
 
İştirakçıların snayper silahından istifadə vərdişlərinin artırılması üçün praktiki atışlar icra edilir.
 
Hərbi qulluqçuların döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim ediləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...