MTK-lar mərkəzdə söküntüyə niyə həvəs göstərmir? Kubinka, Papanin, Montin qalıb AĞZIGÜNƏ

Cəmiyyət 18:46 29.11.2022
Alatava, Kubinka, Montin, Keşlə, Papanin, Xriptovı, Bayıl və digər bu kimi massivlər bizim uzaq keçmişimizlə bağlı olsa da günümüzə qədər gəlib çıxan acı reallıqların vazkeçilməz mənzərəsidir. Bu massivlər təkcə gözəlləşən Bakımızın təzadı deyil, həm də sosial durumumuzun inikasıdır. Bu yaşayış məntəqələri şəhərin mərkəzi hissəsində olsalar da son 20 ilin tikinti bumundan uzaq qalıb. Bu ərazilərdəki həyatlarla qonşuluqdakı göydələnlərdəki həyat arasında yerlə-göy arası qədər fərq var. Kinolarda təsadüf etdiyimiz Hindistanın unudulub yaddan çıxmış məhəllələrini xatırladır. Burda çoxlarımızın görmədiyi və hətta təsəvvür etmədiyi bir Bakı həyatı var. Son 20 ildə inkişafı və gözəlliyi ilə dünyanına meqapolislərinə meydan oxuyan Bakı da bu massivlər bəs, niyə toxunulmaz qalıb? Suala əmlak üzrə ekspert Elnur Fərzəliyev aydınlıq gətirdi. Ednews xəbər verir ki, Bizim.Media-ya açıqlamasında o bildirdi ki, sökülməsi çox vacib olan bu həyət evləri şəhərin mərkəzində olsa da vaxtilə plansız şəkildə tikilib: “Bir-birinə bitişik tkilən bu evlərin həyəti belə yoxdur. Bakıda evlərin qiyməti nə qədər baha olsa da həmin massivlərdəki həyət evlərinə maraq çox azdır. Çünki, bu massivlərdə yeni, müasir komplekslərin tikiləcəyi xəbəri ilə burdakı vətəndaşın əmlakı avtomatik bahalaşır, qiymətə minir. Üstəlik, söküntü aparan şirkət ev yiyəsinə bir neçə il kirayə haqqı verməli olur. Bu da bu massivlərə marağı azaldır”. Ekspert bildirdi ki, kütləvi söküntülər hesabına yaşayış komplekslərinin inşası MTK-lara sərf eləmir: “Çünki, kütləvi söküntünü dövlət yox, MTK-lar apardığından bütün yeni infrastrukturun yaradılması da şirkətlərin boynuna düşür. Yolların, kommunikasiya xətlərinin çəkilməsi, məktəblərin, bağçaların, səhiyyə və digər sosial obyektlərin inşası da iş adamlarının üzərində qalır. Ona görə də MTK-lara sərf eləmir ki, kompleks inşa eləsinlər. Onlar daha çox tək-tək yaşayış binaların inşasına üstünlük verirlər”. Ekspertin də fikirlərindən də aydın olur ki, yuxarıda adını çəkdiyimiz yaşayış massivləri hələ uzun müddət Bakının qoynunda rahatlıqla uyuyacaq. Nəticədə, ada-budda tikilən çoxmənzilli binalar şəhərdəki tıxacı bir az da artıracaq, infrastrukturu daha da iflic edəcək. Çıxış yolu isə bu məsələyə dövlətin müdaxiləsidir. Dövlətin bu məsələyə müdaxiləsininsə iki yolu var. Birincisi, bütün söküntü işlərini və yaxud ən azından infrastrukturun yaradılmasını dövlət öz üzərinə götürməlidir. İkincisi, iş adamlarına dövlət tərəfindən stimullaşdırıcı dəstək verilməlidir. Üçüncü yol isə çox təəssüf ki, yoxdur. Bu iki yoldan biri nə qədər tez seçilsə paytaxtımız daha da gözəlləşər, tıxac azalar, əhalinin sosial vəziyyəti daha da yaxşılaşar.
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Şəhərinizin memarlığına heyran oldum- -Özbək jurnalisti-VİDEO
13:00 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Hamısı