Gəncədə minik avtomobili aşıb - xəsarət alanlar var - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

Gəncədə minik avtomobili aşıb - xəsarət alanlar var

Cəmiyyət A- A A+
Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
 
Ednews-un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
 
Hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
 
Hadisə zamanı- 1984-cü il Asif Xəlilov və 2002-ci il Elmir Məhərrəmov müxtəlif bədən xəsarətləri alıb.
 
Hər ikisi xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...