Gənc oğlan 15-ci mərtəbədən maşının üstünə düşdü.
Ednews Baku.ws-ə istinadən xəbər verir ki, hadisə saat 10:15-də paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, oğlan hündürmərtəbəli binanın 15-ci mərtəbəsindən həyətdə dayanan maşının ön şüşəsinin üzərinə düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, oğlan bina sakini deyil. Gənc oğlan hadisə yerində ölüb.