“Keçmişim, ruhum və gələcəyim ordadır” Laçının məşhur simaları DANIŞIR

Cəmiyyət 14:00 01.12.2022

Bu gün Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür. 28 il Laçını viran qoyan erməni vandalları 2020-ci ildə müqavilə imzalanan tarixdən Laçının təhvil verilməsinə qədər də öz murdar əməllərindən əl çəkmədilər. Onlar Laçını təhvil verənə qədər evləri yandırıb vandallıqlarına davam etdilər. 20 gün müddətində ermənilər ağacları qırıb, ekoloji terrora əl atıb.

Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Ednews Laçınlı məşhur simaların Laçın haqda təəssüratlarını təqdim edir.

Şair İlham Qəhrəman:

“İki il ərzində nə qədər cəhd etsəm də hələ Laçına getmək mənə nəsib olmayıb. Bununla bağlı Daxili İşlər naziri cənab Vilayət Eyvazova məktubla müraciət etmişəm. Laçına səfər etmək üçün izacə olacaqmı, bunu hələ gözləyirəm. Mən 1978-ci ildən Bakıda yaşayıram, qaçqın deyiləm, amma, Laçın üçün burnumun ucu göynəyir. 44 günlük müharibədə Qarabağın azad olmasından sonra Azərbaycanda bir çox dəyərlər– xeyir-şərimiz, salam-əleykimiz urvata mindi. Kəlbəcərdən tutmuş Zəngilana qədər Vətənin yaxası açıq idi. Biz görmüşük ki, ana öz uşağını qarşısına qoyub, burnunu, üz-gözünü silir, saçını tumarlayıb yaxasını bağlayır. 44 günlük müharibədə əksinə oldu – bala Ananı qarşısına qoyub üz-gözünü sildi, üst-başını səliqəyə saldı və açıq yaxasını düymələdi. Allah bu fədakarlğı edən şəhidlərimizə rəhmət eyləsin, qazilərimizə can sağlığı versin. Laçın deyiləndə çox şey xatirimə gəlir, amma ən çox Həkərini, onun gah selləmə axmasını, gah sakit zümzüməsini xatırlayıram. Eləcə də gündə 10 kilometr piyada getdiyim məktəb yollarını xatırlayıram. Laçının hündür yerində 1941-45 abidəsi var, mənə elə gəlir ki, o abidəni ziyarət etməklə həm də Qarabağ müharibələrində dünyasını dəyişənlərin xatirəsini yad etmiş olardım. Orda bizim ucalığımız var. Bir də şəhərin küçələrində o baş-bu baş getmək, əllərimi cökə ağaclarına salam verirmiş kimi vurmaq istəyirəm. Nuru kişinin çayxanasında palıddan kəsilmə dəyirmi stollarda çay içdiyimiz günləri xatırlamaya bilmirəm. Ordumuzun, müzəffər əsgərlərimizin vətənin sınırlarında olması bir vətəndaş kimi hamımıza toxdaqlıq verir – bu həm də bəxtəvərlik hissidir. Balalrımı, nəvələrimi laçına aparmaq istəyirəm, istəyirəm orda evimiz olsun. Laçında yaşamaqdan, Həkərinin şırıltısını dinləməkdən, gecələr aydın göy üzünə baxmaqdan, qonşunun itinin səsinə qulaq verməkdən, gələn qonağın qarşısına çıxmaqdan gözəl nə ola bilər?!

Bu günlərdə bir bayatı yazmışam:

Yanmışam külüm yoxdu,

Pis işdə əlim yoxdu.

Laçın alınan gündən

Ta bizə ölüm yoxdu.

Ölüm də fərqli olurmuş, bir var dünyadan nisgilli köçəsən, bir də var Vətən işğaldan azad olur və ölüm də dəyərdən düşmür. Ölümü dəyərləndirən ölümsüzlərə eşq olsun!"

Yazıçı Fəxri Uğurlu:

“Təəssüf ki, Laçına hələ gedə bilməmişəm. Özüm şəhərdə doğulsam da, həmişə gözüm kənddə olub, özümü orada daha rahat, daha azad sanmışam. Əgər yaşamaq üçün minimum şərait, iş yeri olsa, əlbəttə, kənddə məmnuniyyətlə yaşayaram. Laçın deyəndə uşaqlığım yadıma düşür”.

Yazıçı Təranə Vahid:

“Düzdü, Laçın 28 il işğal altında qaldı, amma ürəyimizdəki, könlümüzdəki, ruhumuzdakı Laçını kimsə işğal edə bilmədi. Bizi Qarabağa o sevgi, o bağ, o ümid qaytardı.

Təəssüf, hələ ki, Laçına gedə bilməmişəm...

Dünyada ən böyük arzum Laçının azad olmağı idi. Arzusuna çatan adama bu sualı verməzlər. Mənim keçmişim, ruhum və gələcəyim ordadır. O günü gözləyirəm...”

Fotoqraf Səfiyar Məcnun:

“Təəssüf ki, hələ də Laçına gedib çıxa bilməmişəm. Amma atam, əmilərim, dayılarım arı təsərrüfatını kəndimizə qədər (Oğuldərə) aparıblar. Bu il dünyadan bixəbər 5 yaşlı qızım "Laçın balı" yeyib. Bu mənim qəribə xoşuma gəlir.

Bu yaşda Laçına köçməyi düşünmürəm. Amma atam düşünür. Orada bir yurdun olması elə dolayısı yolla - mən də atamın yaşına çatanda Laçına köçməyim deməkdir. 

Oğuldərə kəndi ağlımda 2 hadisə ilə qalıb. Həkəri çayının başlanğıcı bizim kəndin yanına təsadüf etmişdir. Qız-gəlin palaz yumağa gedəndə biz uşaqlar da özümüzü anadan üryan Həkərinin qucağına atırdıq. Sevgilisini uzaqdan da olsa görmək üçün qənşərə çıxan cahıl-cuhulların paxıllığı, qısqanclığı sevindirirdi bizi. Bir gün birinin "ahı" tutdu məni. Ayağım hamarlanmış qənbərin üstündə qərar tutmadı və təpəmi yardım. Hərdən xatirəmə ədəbiyyat qatanda elə bilirdim ki, o yara heç vaxt sağalmayacaq. Bu gün həmin yaranın sağaldığı gündür.

Bir də ana babamın kənddə xeyməyə oxşayan dükanı var idi. O dükanda hamı üçün hər şey satılırdı, mənim üçün verilirdi. Piştaxtanın altında mənim "taxta peçenyə"mə aid yer var idi. Hər gedəndə faydalanırdım. Arada iris, şokalad da olurdu. İndi elə bilirəm ki, Oğuldərəyə getsəm piştaxtanın altında mənə aid nəsə var”.

Oğuz Ayvaz

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Hamısı