Məktəblərdə rəhbər vəzifələrə işə qəbul üzrə imtahanın nəticələri - AÇIQLANDI - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

Məktəblərdə rəhbər vəzifələrə işə qəbul üzrə imtahanın nəticələri - AÇIQLANDI

Cəmiyyət A- A A+
Ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə yerli təhsili idarəetmə orqanları tərəfindən keçirilən test imtahanının nəticələri elan edilib. 
 
Bu barədə Ednews-a  Elm və Təhsil Nazirliyindən məlumat verilib. 
 
Şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə keçid balı 21 (hər bölmə üzrə minimum 5 bal olmaqla), direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə keçid balı isə 20 (hər bölmə üzrə minimum 5 bal olmaqla) olaraq müəyyənləşdirilib. 
 
Qeyd edək ki, müsahibə mərhələsinin dekabrın 5-dən 20-dək keçirilməsi nəzərdə tutulur. Bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndiriləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...