Məişət zorakılığının qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? Ekspertlərdən AÇIQLAMA

Cəmiyyət 17:00 02.12.2022

Xəbər verdiyimiz kimi, bu ilin ilk 9 ayı ərzində Azərbaycanda məişət zorakılığı ilə bağlı 1100-dən çox cinayət hadisəsi qeydə alınıb. Həmin hadisələr zamanı 893 xəsarət alıb, 39 qadın isə öldürülüb.

Bir çoxları ölkəmizdə məişət zorakılığının artmasında mənəvi problemlərin səbəb olduğunu hesab etsələr də, digərləri bunu maddi problemlər ilə əlaqələndirir.

Məsələ ilə əlaqədar Ednews-a açıqlamasında sosioloq Tamilə Əlizadə qeyd edib ki, keçmişdən qalan adət-ənənələrlə ailə münasibətlərinə yanaşma məişət zəminində zorakılıq hallarının artmasına səbəb olur.

Onun sözlərinə görə, valideynlərin tövsiyə etdiyi üsullarla ailədə uğurlar əldə etmək mümkün deyil.

“Məişət məsələlərində maddi problemlər müəyyən rol oynaya bilir. Lakin məişət zorakılığı hallarında səbəblərin böyük əksəriyyəti məhz mənəvi problemlərlə bağlıdır. Müasir dövrdə kapitalizmə keçid və informasiya-texnologiyalarının inkişafı bizim ailəyə və yaşam tərzinə baxışımıza təsir edir. Baba-nənənin, ata və ananın məsləhətləri, nəsihətləri bir çox hallarda zorakılıq meyllərini artırır. Zorakılıq edən şəxslərlə söhbət aparsanız, çoxusu deyəcəklər ki, onların mənəvi dəyərləri pozuntuya və təhqirə məruz qalıb. Bu səbəblərdən döymək üsullarına əl atırlar. Anlaya bilmirlər ki, dünya artıq inkişaf edib və keçmişin adət-ənənələri artıq işləyə bilmiz”.

Sosioloq, həmçinin bildirib ki, müasir dövrdə qadınların kişilərdən iqtisadi asıllığı çox aşağıdır.

“Əvvəllər qadınlar kişilərdən iqtisadi cəhətdən asılı olduğu üçün zorakılığın bütün növlərinə dözürdülər. Əsasən də psixoloji və fiziki zorakılığın təsirlərinə məruz qalırdılar. Ancaq müasir dövrdə iqtisadi asıllığın azadılması və boşanmış qadınlara imkanların yaradılması qadınların ərlərinin əzablarına çox da dözməməsinə gətirib çıxarır. Mən bunu müsbət hal kimi qiymətləndirirəm. Nikahın bərabərsizlik və məcburiyyət üzərində qurulması ailə münasibətlərinin uzun müddət xoşbəxt davam etməsinə imkan yarada bilməz. Keçid dövründə ailələr həmişəki kimi olmayacaq, yəni mütləq uşaq olmalıdır və ya qadın ərinə tabe olmalıdır kimi hallar aradan qalxacaq”.

Tamilə Əlizadə onu da vurğulayıb ki, zorakılıq hallarının qarşısının alınması, qadın-kişi münasibətlərinin müasir standartlara uyğunlaşması üçün maarifləndirmə tədbirləri görmək lazımdır.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə qeyd edib ki, Azərbaycanda 5000 ailə zorakılıq hallarına görə aiddiyyatı qurumun nəzarətindədir.

Onun sölərinə görə, məişət zəmində zorakılıq hallarına qarşı mübarizədə qanuni və hüquqi addımlar atılmalıdır.

“İlk növbədə bütün rayonlarda qadınları qanunlarla tanış etmək lazımdır. Yəni onlar özlərinin müdafiə hüquqlarını bilsinlər. Bununla bərabər, rəhbərlik etdiyim Qadın Hüquqları Təşkilatı daxil olmaqla qeyri-hökumət təşkilatları Respublikanın bütün bölgələrində bələdiyyələrdə xüsusi qadın otaqlarının yaradılmasını təklif edirik. Bilirik ki, qadınların çoxu onu döyən ərini polisə gedib şikayət edə bilmir. Belə olan halda bələdiyyələrin xüsusi otaqlarına sığınsınlar və orada ərinin ona qarşı şiddəti barədə məlumat versinlər. Bələdiyyə də qadının şikayəti əsasında polisə müraciət etsin. Hesab edirəm ki, bələdiyyə və polis əməkdaşlığı çərçivəsində zorakılıq hallarının qarşısı alına bilər. Qanunvericlikdə də məişət məsələləri ilə bağlı müəyyən tənzimləyəci dəyişikliklər edilməlidir. Eyni zamanda İcra hakimiyyəti orqanlarında qadın və ailə münasibətləri ilə bağlı xüsusi şöbə də yaradılmalıdır. Həmin şöbələrdə mənəvi və maddi zorakılığa düçar olan qadınların və uşaqların siyahısı tətbiq olunmalıdır. Dövlət orqanları, qeyri-hökumət təşkilatları ilə bərabər qəzetlər və digər media orqanları da maarifləndirici tədbirlər görməlidir. Xüsusi kinolar və verlişlər təqdim olunmalıdır”.

Yunis Abdullayev

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı