Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib - Vəziyyəti ağırdır - FOTOLAR - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib - Vəziyyəti ağırdır - FOTOLAR

Cəmiyyət A- A A+
Xalq artisti Aftandil İsrafilovun səhhəti qəfildən yenidən ağırlaşıb və təcili xəstəxanaya yerləşdirilib.
 
Ednews xəbər verir ki, bu barədə aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı bildirib ki, həkimlər "Şöhrət" ordenli sənətkarın sağlamlıq vəziyyətinin ağır olduğunu söyləyiblər.
 
N. Məmmədov 81 yaşlı qarmon ustadının hansı xəstəliklə mübarizə apardığını bildirməsə də müalicəsi üçün yüksək məbləğə ehtiyac olduğunu bu sözlərlə diqqətə çatdırıb: "Xərc çox, ümid az. Kömək etmək istəyənlər üçün qapı açıqdır. Təki sənətkar ayağa qalxsın ... Təki onu xilas edək!".
 
Qeyd edək ki, Aftandil İsrafilov bir neçə həftə əvvəl yerli tibb ocaqlarıın birində cərrahiyyə əməliyyatı keçirmişdi.
1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...