Bakı və Beyləqanda PARTLAYIŞ - Xəsarət alanlar var - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Bakı və Beyləqanda PARTLAYIŞ - Xəsarət alanlar var

Cəmiyyət A- A A+
Bakı və Beyləqanda sexlərdə partlayış olub, xəsarət alanlar var. 
 
Ednews  "report.az"a istinadən xəbər verir ki, dekabrın 2-də Xəqani İsmayılov Binəqədi rayonunda icarəyə götürdüyü avtomobil təmir sexində hava balonunun partlaması nəticəsində xəsarət alıb.
 
Bundan başqa, eyni gündə İmanov Arif Ramazan oğlu Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən özünə aid təkər təmiri sexində Əliyev Azər Yusif oğlunun gətirdiyi istilik sisteminin tərkib hissəsi olan genişlənmə çəninə hava vurub.
 
Nəticədə çən partlayıb və Arif İmanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 
 
Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...