Qarabağ torpağında 30 ildən sonra buğda əkildi - ednews.net

28 Yanvar, Şənbə

(+994 50) 229-39-11

Qarabağ torpağında 30 ildən sonra buğda əkildi

Cəmiyyət A- A A+
“Bu il AMEA-nın Genetik Ehtiyatlar İnstitutu üçün çox uğurlu bir il oldu. Otuz ildən sonra ilk dəfə Qarabağ Tədqiqat Bazasında 300-dən çox buğda sortunun geniş miqyasda əkini həyata keçirildi”. 
 
Ednews xəbər verir ki, bu fikirlər AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki elmi tədqiqat bazasının rəhbəri Coşqun Məmmədova məxsusdur.  
 
O bildirib ki, Qarabağın bərəkətli torpağına öz əlləri ilə toxum səpmək bir gənc tədqiqatçı alim kimi ona da qismət olub və bu tarixi hadisə yaddaşına xoş xatirə kimi həkk olunub.
 
Coşqun Məmmədov Qarabağda ilk səpin tədbirində iştirak etdiyini, müvafiq qurumların əməkdaşları ilə fikir və təcrübə mübadiləsi aparıldığını bildirib. 
 
Gənc alim onu da diqqətə çatdırıb ki, Qarabağda bu il əldə olunan perspektiv sortlardan Səki-Zaqatala iqtisadi rayonunda rayonlaşma qabiliyyətini tədqiq etmək məqsədi ilə tarla sınaq əkinləri aparılıb. Hazırda təcrübə-sınaq prosesi davam edir. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...