“Putinin fikrincə, Qərb Rusiyanın məhv olmasını istəyir, ancaq o, səhv düşünür”.
Ednews Hürriyət-ə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron səsləndirib. O, həmçinin bildirib ki, əslində fransızlar həmişə rus xalqına hörmətlə yanaşıblar.
Makron həmçinin Putinlə müntəzəm müzakirələr apardığını və birbaşa əlaqə saxladığını da bildirib.
“Birbaşa ünsiyyət kanalını saxlamaq qarşılıqlı əlaqəni bərpa etməyin ən yaxşı yoludur”.