ABŞ-da keçirilən beynəlxalq festivalda Azərbaycanın mina problemi müzakirə olunub

Cəmiyyət 17:54 05.12.2022

2022-ci il 2-3 dekabr tarixlərində ABŞ-ın Napa Vadisində dünyanın aparıcı təşkilatlarından olan “Sülhün Kökləri” tərəfindən “Sülh üçün çağırış festivalı” (The Festival of the Bells for Peace) keçirilib.

Ednews xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev Azərbaycanı təmsil edərək panel müzakirələrdə iştirak ediblər.

“Sülh üçün çağırış festivalı” təhlükəli ərazilərin minalardan təmizlənməsi və müharibənin təsirinə məruz qalmış bölgələrin yenidənqurulması və bərpası üçün yardım vəsaitinin toplanmasına həsr olunan beynəlxalq tədbirdir.

Açılış nitqi ilə çıxış edən “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kuhn dünyanın 30 ölkəsində 30 milyondan çox minanın basdırıldığını və bunun insanların təhlükəsiz yaşam şəraitinə ciddi şəkildə təsir göstərdiyini vurğulayıb. Həmçinin, Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanmasına toxunub. Bildirib ki, cari ilin mart ayında BAMF-ın dəvəti və ANAMA-nın dəstəyi ilə ölkəmizə səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə baş çəkib, minalarla yüksək səviyyədə çirklənmənin öz gözləri ilə görüb və beynəlxalq ictimayyyətə bu sahədə dəstək verməyə çağırış edib.

Çıxışdan sonra Heidi Kuhnün Qarabağa səfərini, təəssüraftlarını, minaların törətdiyi amansız və acı reallığı, gələcək nəsillərin təhlükəsizliyi naminə minalanmış sahələri üzüm bağları ilə əvəz etmək üçün birgə əməkdaşlığa çağırışını əks etdirən BAMF tərəfindən hazırlanan video çarx təqdim edilib.  

Birinci paneldə çıxış edən spikerlər diplomat Kenet Quin, səfir Xəzər İbrahim, Ramil Əzizov və Rotari klub nümayəndəsi Sehab Elavar Azərbaycanın mina problemi və onun həllinə beynəlxalq dəstək istiqamətində müzakirələr aparıblar.

Birinci panel müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərin minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer aldığını və hazırki hesablamalara görə işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını qeyd edib. Mövcud mina probleminin icra edilən bərpa və yenidənqurma işlərinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına ciddi maneə olduğunu, eləcə də regionda sabitlik və davamlı sülhün təmini sahəsində beynəlxalq resursların cəlb olunmasının əhəmiyyətini vurğulayıb. Həmçinin, mina qurbanlarının sayı və Agentlik tərəfindən mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verib.

Tədbir ABŞ, Kolumbiya, Yaponiya, Ukrayna, Belarusiya, Xorvatiya, Livan və Laosdan iştirak edən müvafiq nümayəndələrin mina təhlükəsi, minaların törətdiyi fəsadlarla bağlı çıxışları ilə davam edib.

“Sülh üçün Minalardan Üzümlüklərə qlobal çağırış” adlı festivalda Azərbaycan nümayəndə heyəti tərəfindən Qarabağda “Minalardan Üzümlüklərə” layihəsinin icrasına başlanılması ilə bağlı qlobal çağırış edilib. Festival çərçivəsində ANAMA-nın fəaliyyətini, BAMF-ın icra etdiyi humanitar işləri, eləcə də Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən çap materiallarından ibarət stend iştirak edən nümayəndələrin marağını cəlb edib.

Qeyd edək ki, “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kuhnün bütün dünyada minaların məhv edilməsi, mina sahələrinin üzüm və meyvə bağlarına çevirmək təşəbbüsü milyonlarla insanın həyatına təsir edib. Müharibə zonalarında sülh toxumları səpmək məqsədilə başladılan “Mines to Vines” ideyası bu gün dünyanın müxtəlif ölkələrində uğurla həyata keçirilir.

İki gün davam edən tədbirin əsas media dəstəkçisi olan ABŞ-ın nüfuzlu ABC7 kanalı mütəmadi olaraq canlı yayımlar, müsahibələr və xüsusi reportajlar yayımlayıb. 

Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO

Xəbər xətti

Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir
06:21 23.04.2024
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
05:19 23.04.2024
Məktəb direktorunun MƏHKƏMƏSİNDƏN: Həmin qadından 300 min alıbmış
03:08 23.04.2024
Modriç gələcəyi ilə bağlı qərar verdi
02:06 23.04.2024
Aİ ölkələri yaxın vaxtlarda Ukraynaya HHM sistemləri göndərə bilər
01:00 23.04.2024
Peskov: “Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı reallıqlara uyğundur”
00:05 23.04.2024
Naxçıvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər SAXLANILIB
23:38 22.04.2024
Boksçumuz erməni rəqibini məğlub edib 1/4 finala yüksəldi
23:25 22.04.2024
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
23:06 22.04.2024
Azərbaycan və ABŞ maliyyəçilərinin görüşü keçiriləcək
23:00 22.04.2024
Leninin məqbərəsi BAĞLANIB - SƏBƏB
22:40 22.04.2024
Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
22:21 22.04.2024
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22:00 22.04.2024
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər
21:49 22.04.2024
Rumıniya parlamenti Qara dənizin minalardan müdafiəsi qrupunda iştirakını təsdiqləyib
21:39 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev BAM layihəsinin baş tutması üçün əlindən gələni edib
21:30 22.04.2024
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
21:21 22.04.2024
Vladimir Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir
21:20 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb
21:15 22.04.2024
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
21:00 22.04.2024
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb
20:56 22.04.2024
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
20:50 22.04.2024
Britaniyada iki nəfər Çinə casusluq etməkdə ittiham olunub
20:44 22.04.2024
Ərdoğan: “Fələstin dövlətinin yaradılması Yaxın Şərqdə sülhün açarıdır”
20:20 22.04.2024
XİN: Gürcüstan Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
20:13 22.04.2024
Ən çox radiasiya yayan TELEFONLAR - Bu modelləri ALMAYIN!
Ən çox radiasiya yayan TELEFONLAR - Bu modelləri ALMAYIN!
20:00 22.04.2024
Hamısı