Qusarda yaşayış evində baş verən yanğında yanaraq ölən şəxs haqqında yeni faktlar məlum olub.
Ednews Bizim.Media-nın Şimal bürosuna istinadən Qusarın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Qusar şəhərindəki 8 saylı evdə baş verən yanğında dünyasını dəyişən 55 yaşlı, Arif Qədirov evdə tək yaşayıb.
Onun spirtli içki aludəçisi olduğu bildirilib.
Hadisə yerində məhkəmə tibb eksperti və hüquq -mühafizə orqanları işləyib.
Hadisənin hansı səbəbdən qaynaqlandığı məlum deyil.