Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutuldu - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutuldu

Cəmiyyət A- A A+
Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən "hotel meneceri" saxlanılıb.
 
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü hotel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb olunub.
 
O, sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaaliyyət göstərib.
 
Araşdırmalar Səbail Rayon Polis İdarəsinin 9-cü Polis Bölməsində aparılır.
 
"Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir", - məlumatda qeyd olunub.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...