Elçin Quliyev: "Yanğın tam söndürülüb, narahatlığa əsas yoxdur" - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Elçin Quliyev: "Yanğın tam söndürülüb, narahatlığa əsas yoxdur"

Cəmiyyət A- A A+
"Dövlət Sərhəd Xidmətinin Akademiyasının binasında baş verən yanğın tam söndürülüb". Ednews APA-ya istinadən xəbər verir ki, bunu DSX rəisi, general-polkovnik Elçin Quliyev deyib. “Narahatlığa heç bir əsas yoxdur”, - DSX rəisi vurğulayıb. Qeyd edək ki, bu gün saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...