Umud Mirzəyev BMT-nin Baş Qərargahında Əlilər gününə həsr olunmuş tədbirdə ÇIXIŞ EDİB - FOTOLAR - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

Umud Mirzəyev BMT-nin Baş Qərargahında Əlilər gününə həsr olunmuş tədbirdə ÇIXIŞ EDİB - FOTOLAR

Cəmiyyət A- A A+

Hazırda Amerika Birləşmiş Ştatlarında səfərdə olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev dekabrın 3-5 tarixində Nyu-York şəhərində BMT-nin Baş Qərargahında Əlilər gününə həsr olunmuş tədbirdə iştirak edib. O, fiziki məhdudiyyətli şəxsləri də ziyarət edib.

Ednews xəbər verir ki, U.Mirzəyev tədbirdə işğaldan azad olunmuş Qarabağ torpaqlarındakı mina problemlərindən çıxış edərək bunları səsləndirib:

“Qarabağ torpaqlarında qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan hökuməti tərəfindən çoxsaylı infrastruktur layihələri həyata keçirilir. Təmsil etdiyim BAMF-ın İcma Mina Aksiya Komandası Qarabağ bölgəsində  on min hektardan (10.000) çox ərazini təmizləyib.

O, çıxışı zamanı qeyd edib ki, minalar ölkələri ən çox narahat edən və bəşəriyyətə ziyan vuran problemlərdən biridir.

“Sizi sülh quruculuğunun inkişafı üçün yeni yollar, üsullar tapmağa, dünyada, eləcə də daha çox mina, digər partlayıcılarla çirklənmiş Qarabağdakı mina problemini aradan qaldırmağa çağırıram. Vətəndaş cəmiyyətinin lazımi resurslara çıxışı beynəlxalq səviyyədə razılaşdırılmış inkişaf məqsədlərinə nail olmaq və minasız dünya yaratmaq üçün açardır”.

Qeyd edək ki, tədbirdə Beynəlxalq Əlillər günü münasibətilə hazırlanmış kompozisiyada yer alan Umud Mirzəyev fiziki məhdudiyyətli şəxslərə həmrəylik nümayiş etdirərək ürək sözlərini çatdırıb.

Oğuz Ayvaz

 

1

1

1

1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...