DSMF barədə Baş Prokurorluğa müraciət olunacaq RƏSMİ

Cəmiyyət 14:30 07.12.2022
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda (Fond) aparılmış audit büdcədənkənar dövlət fondunun gəlir və xərc göstəricilərinin hesabatlarda doğru əks olunması, eləcə də publik hüquqi şəxs qismində vəsaitlərin idarəolunması ilə bağlı fəaliyyətin (pensiya və müavinətlərin təyin edilməsi istisna olmaqla) hüquqi aktlara uyğunluğu vəziyyətini əhatə edib.
 
Ednews xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.
 
Bildirilib ki, 2021-ci il üçün DSMF-nin icra olunmuş gəlir və xərc göstəriciləri cəmi məbləğ baxımından hesabatlarda düzgün əks etdirilsə də, ayrı-ayrı istiqamətlər üzrə bəzi uyğunsuzluqlar aşkar olunub.
 
Fondun xəzinədarlıq vasitəsilə icra edilmiş gəlirləri və xərcləri barədə məlumatların üzləşdirilməsi ilə bağlı hüquqi aktlarda qeyd edilmiş tələblərə tam təmin olunmayıb, bu isə sair daxilolmaların məbləğinin hesabatlarda 8,7% çox göstərilməsi ilə nəticələnib, fond və İşsizlikdən Sığorta Fondu üzrə sair daxilolmaların məbləğinin düzgün uçota alınmaması, elektron informasiya bazalarının aidiyyəti qurumlar tərəfindən tam uyğunlaşdırılmaması və vahid formatın hazırlanması prosesinin yekunlaşdırılmaması hesablanmış faiz və maliyyə sanksiyaları üzrə vergi orqanlarının məlumatları ilə müqayisədə fərq məbləğini formalaşdırıb.
 
Gəlir və xərclərin büdcə prosesini tənzimləyən aktların müəyyən etdiyi qaydada vahid büdcə təsnifatına uyğun şəkildə tərtib və icra olunmaması, eləcə də proqnozlaşdırma prosesində tələb olunan bir çox məlumatların məzmun baxımından təkmil olmaması, xüsusilə icra edilmiş vəsaitlər barədə hesabatlılığın müəyyən edilməməsi, son nəticədə, gəlir və xərclərin icra səviyyəsinə təsir göstərməklə yanaşı, ayrılmış vəsaitlərlə bağlı “məqsəd-nəticə” uyğunluğunun ədalətli qiymətləndirilməsinə şərait yaratmayıb.  
 
2006-2016-cı illər üzrə 1 394,0 mln. manat məbləğində vəsaitin sığortaolunanların hesabı ilə eyniləşdirilmədiyi müəyyən olunub, fond tərəfindən həyata keçirilmiş fəaliyyət nəticəsində həmin məbləğ 2021-ci ildə bir neçə dəfə azalsa da, ilin sonuna 274,6 mln. manat məbləğində sığorta haqları sığortaedənlər tərəfindən hesabatlarının verməməsi səbəbindən sığortaolunanlar üzrə bölüşdürülməyib.
 
Məlumatların müvafiq proqram təminatında real vaxt rejimində yüklənilməsi tam təmin edilməyib, bəzi hallarda isə bu iş gecikmələrlə həyata keçirilib, nəticədə 2021-ci il ərzində 40,8 mln. manat məbləğində sığorta haqqı fond tərəfindən sığortaolunanların fərdi şəxsi hesablarında əks etdirilməyib.
 
Ödənilmiş sığorta haqları üzrə sığortaedənlər tərəfindən hesabatların natamam verilməsi həmin vəsaitlərin sığortaolunanlar üzrə fərdi hesablarda qeydə alınmaması ilə nəticələnib ki, bu da sığorta hadisəsinin baş verdiyi təqdirdə sığortaedən, sığortaolunan və sığortaçı arasında öhdəliklərin sərhədlərinin müəyyənləşdirilməsi və bu öhdəliklərin icrasına təsir göstərəcək risklər sırasına aid edilə bilər. 
 
Dövlət öhdəliyinin dəqiq müəyyənləşdirilməməsi, həmçinin DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin də büdcə təsnifatı üzrə proqnozlaşdırılaraq icra edilməməsi, son nəticədə, öhdəlik-vəsait-nəticə qarşılıqlı uzlaşmasının təmin olunması, eləcə də, öhdəliyin azaldılması ilə bağlı tədbirlərin nəticəliliyinin yüksəldilməsi imkanlarını məhdudlaşdırır. Bu istiqamətdə ilkin şərt olan öhdəliklərin istiqamətlər üzrə məbləğinin dəqiqləşdirilməsi ilə bağlı fəaliyyət də tam başa çatdırılmayıb. 
 
DSMF-nin büdcəsi barədə qanunun 5-ci maddəsi ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqlarından daxil olan və fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə müəyyən edilmiş tənzimləməyə əməl olunmayıb, büdcə təşkilatlarından daxilolmaların proqnoz və icra göstəricilərinin artıqlaması ilə icra olunması fonunda 2021-ci ildə dövlət büdcəsindən ayrılmalı olan vəsait 6,8 dəfə çox azaldılıb.
 
Xərclərin ayrı-ayrı istiqamətlər üzrə hesabatlarda doğru əks olunması ilə bağlı toplanmış audit sübutları ilə ümumilikdə istifadə edilmiş vəsaitlərin hesabatlarda doğru əks olunduğu müəyyənləşdirilib, bununla yanaşı, proqnozların əsaslı şəkildə tərtib edilməməsi səbəbindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən üç müavinət növü üzrə 18,9 mln. manat məbləğində vəsaitə əlavə tələbat yarandığı, 26 nəfər pensiyaçıya eyni zamanda iki yerli orqan tərəfindən əmək pensiyası ödənişinin həyata keçirildiyi, eləcə də altı nəfər pensiyaçının vəfatından sonrakı dövr üçün vəsaitin istifadə olunduğu aşkar olunub.  
 
Ödənişi davam etdirilən pensiya işləri üzrə aparılmış seçmələr əsasında 24 rayon (şəhər) üzrə 51 şəxsə 20 aprel 2013-cü il tarixədək təyin olunmuş  pensiya təyinatının həyata keçirilməsi zamanı doğum tarixi üzrə məlumatların əks etdirildiyi sənədlərdə düzəlişlər olunduğu, bu düzəlişlərlə yaş həddi hüquqi aktların müvafiq tələbinə uyğunlaşdırılmaqla həmin vətəndaşlara pensiya ödənildiyi müəyyənləşdirilib. 
 
DSMF-nin xərclərinin, əsasən, dövlət-vətəndaş öhdəliklərinin tənzimlənməsi məqsədi daşıdığını diqqətə alsaq, funksional və iqtisadi baxımdan xərclərin, eləcə də gəlirlərin təsnifləşdirilməməsi son nəticədə bu ödəmə məbləği və həmin məbləğ müqabilində göstərilən xidmətin dəyəri arasında uyğunluğun müəyyənləşdirilməsini çətinləşdirib.  
 
Fondun saxlanması xərclərinin həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun idarəetmə xərcləri ilə bağlı tələbinə uyğun olub. Xərclərin araşdırılması zamanı bəzi hallarda uyğunsuzluqlar aşkar edilib, müqavilə müddətinin hüquqi aktlarla müəyyən olunmuş prosedurların uzadılması cərimələrin hesablanılması ilə bağlı addımların tətbiqini məhdudlaşdırıb. 
 
İctimai sektorun bir tərkib elementi olaraq publik hüquqi şəxs qismində fəaliyyət göstərən fond tərəfindən konsolidə edilmiş maliyyə hesabatlarının tərtibi prosesinin yekunlaşmaması DSMF-nin maliyyə vəziyyətinin müəyyənləşdirilməsinə şərait yaratmayıb, eləcə də əsas vəsaitlərin uçotunun düzgün aparılmaması və əvəzsiz verilməsinin hüquqi aktların tələblərinə uyğun həyata keçirilməməsi aktivlərin hesabatlılığında uyğunsuzluqlara səbəb olub.
 
Auditor tərəfindən məhdud əminlik səviyyəsində təsdiq edilmiş xərc istiqamətləri üzrə fəaliyyətin, fondun aparatının saxlanılması xərcləri və daxili nəzarət sisteminin təşkili ilə bağlı fəaliyyət istisna olmaqla, qüvvədə olan hüquqi aktlara, əsasən, uyğun olması barədə rəy təqdim edilib. 
 
Qəbul edilmiş kollegiya qərarında pensiya və müavinətlərin ödənilməsi istiqamətində nöqsanlar üzrə ümumilikdə 36,7 min manat vəsaitin bərpa edildiyi nəzərə alınıb, bu istiqamətdə 38,3 min manat artıq, 19 pensiyaçı üzrə 18,0 min manat əskik, həmçinin 115 pensiyaçı üzrə fərdi uçot məlumatlarında dəqiqləşmələr aparılaraq artıq və ya əskik ödəmələr müəyyənləşdirilmiş hallar üzrə vəsaitin, eləcə də bəzi müqavilələr üzrə 34,3 min manat çatışmazlıq məbləğinin bərpasının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi tapşırılıb. 
 
Eləcə də, məlumatları təhrif edilmiş sənədlər əsasında 24 rayon (şəhər) üzrə 51 nəfərə 20 aprel 2013-cü il tarixədək pensiya təyin edilməklə 884,0 min manat məbləğində vəsait ödənilməsi halı və respublikanın digər rayon və şəhərlərində eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalı diqqətə alınaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.
 
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Hamısı