Zelenski “İlin adamı” seçildi - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

Zelenski “İlin adamı” seçildi

Cəmiyyət A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın “Time” jurnalına görə “İlin adamı” seçilib. 

Ednews sözügedən nəşrə istinadən xəbər verir ki, Zelenski işğalın ilk kritik həftələrindən etibarən Kiyevi tərk etmədiyinə və müharibə zamanı bütün dünyanı öz ölkəsi ətrafında birləşdirə bildiyinə görə bu ada layiq görülüb.  

Qeyd olunub ki, Zelenski müharibənin ilk günlərindən etibarən səmimi çıxışlar edib və “demokratiyanın bərpa olunması üçün Ukraynanın xilasını xüsusi vurğulayıb. 
Nəşr həmçinin, Ukrayna müharibəsi zamanı Rusiyanın işğalçılıq məqsədlərinə çatmadığını qeyd edib.  

Qeyd edək ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya da ötən gün ABŞ-ın nüfuzlu BBC Yayım Korporasiyası tərəfindən dərc edilən ilin 100 ən nüfuzlu qadınlarından biri seçilib. 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...