2022-ci ildə “Google”da ən çox bu sözlər AXTARILIB - SİYAHI - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

2022-ci ildə “Google”da ən çox bu sözlər AXTARILIB - SİYAHI

Cəmiyyət A- A A+

“Google” şirkəti 2022-ci ilin ən populyar axtarışlarının siyahısını təqdim edib. 

Ednews xəbər verir müvafiq siyahı korporasiyanın saytında yerləşdirilib. 

Siyahıda “Wordle” tapmaca oyunu liderlik edir. İkinci yerdə Hindistan-İngiltərə sorğusu qərarlaşıb. Burada söhbət Hindistanla İngiltərə arasında keçirilən kriket matçının axtarışından gedir. 
“Google”nin ümumi axtarışında üçüncü yeri Ukrayna,  dördüncü yeri isə sentyabrda vəfat etmiş Böyük Britaniya kraliçası II Elizabet tutub. 

Aktyorlar Conni Depp, Uill Smit və Ember Heard 2022-ci ildə Google-da ən çox axtarılan insanlar olub, Rusiya prezidenti Vladimir Putin isə siyahıda dördüncü pillədədir. 

“Google” istifadəçiləri, həmçinin, seçkilərin nəticələri, lotereyada uduş nömrələri və meymunçiçəyi xəstəliyi ilə bağlı məlumatların axtarışını aparıblar. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...