Şuşa şəhərində 37 il əvvəl - 1985-ci ildə, Şuşanın işğalından öncə, Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, milli operanın banisi Üzeyir Hacıbəyovun heykəlinin fonunda çəkilən foto Şuşa işğaldan azad olunduqdan sonra canlandırılıb.
Ednews xəbər verir ki, şəkli fotoqraf Elnur Abdulla "Facebook" hesabında paylaşıb.
Şəkil “Bu torpaqlardan yenə də Üzeyir, Bülbül, Natəvan, Vaqif davamçılarının səsi gəlir! 1985-ci il - Şuşa işğaldan öncə. 2022-ci il - Şuşa işğaldan azad olunduqdan sonra” başlığı ilə paylaşılıb.
Qeyd edək ki, Ü.Hacıbəyovun heykəli 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılmışdı. Ötən il avqustun 29-da onun heykəlinin açılışı olub.
Heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb.