Minatəmizləyən 4 robot azad olunmuş rayonlarda istifadə olunacaq - FHN - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Minatəmizləyən 4 robot azad olunmuş rayonlarda istifadə olunacaq - FHN

Cəmiyyət A- A A+
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot alınıb. 
 
Ednews xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olarkən məlumat verilib.
 
Bildirilib ki, nazirlik tərəfindən alınan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...