Yanvarda Azərbaycanda 5 gün iş olmayacaq - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Yanvarda Azərbaycanda 5 gün iş olmayacaq

Cəmiyyət A- A A+
Gələn ay Azərbaycanda 5 gün iş olmayacaq. 
 
Ednews  xəbər verir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2023-cü ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür. 
 
2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişir və 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. 
 
Bununla da yanvar ayında ardıcıl 4 qeyri-iş günü olacaq. Yanvarın 20-si isə Ümumxalq hüzn günü olduğundan həmin gün qeyri-iş günüdür. 
 
Beləliklə, yanvar ayında, ümumilikdə 5 gün iş olmayacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...