Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi, Bülbül prospektinin kəsişməsində yol nəqliyyət hadisəsi baş verib.
Ednews xəbər verir ki, Chevrolet Cruze markali avtomobil skuterlə toqquşub. Sürücünün sözlərinə görə skuter sürən şəxs onun qarşısına çıxıb. Əyləci bassa da skuter sürücüsü qırmızı işıqda hərəkəti davam etdirib.
Zərərçəkən şəxs yüngül dərəcəli bədən xəsarətləri alıb. Hazırda ev şəraitində müalicə olunur.
Faktla baglı Səbail rayon polis idaresinde araşdırma aparılır.