Xəzərin Azərbaycan sahillərində daha 4 suiti cəsədi aşkarlanıb - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Xəzərin Azərbaycan sahillərində daha 4 suiti cəsədi aşkarlanıb

Cəmiyyət A- A A+

Xəzər dənizinin Azərbaycan sahillərində daha 4 suiti cəsədi aşkar olunub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ednews-a verilən məlumata görə, Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində monitorinqlər davam etdirilir. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev qeyd edib ki, keçirilən monitorinqlər zamanı dekabrın 9-da təmsil etdiyi qurumun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Xəzər dənizinin Novxanı, Goradil, Şüvəlan sahillərində ümumilikdə, 4 suiti cəsədi aşkar olunub. 


Xidmət rəisinin sözlərinə görə, suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssislər tərəfindən cəsədlərdən nümunələr götürülüb, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...