Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının 2023-cü ildəki toplantısı və mükafatlandırma mərasimi Bakıda keçirilək.
Ednews xəbər verir ki, bu barədə FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərində keçirilən iclasında qərar verilib. Toplantıda ölkəmizi Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.
Qeyd edək ki, FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasiminə ev sahibliyi etmək üçün bir neçə ölkə, həmçinin, Azərbaycan müraciət etmişdi.
Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq olunub.
Beləliklə, Bakı 2023-cü ilin 4-8 dekabr tarixlərində bu beynəlxalq tədbirə ev sahibliyi edəcək. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasimi tədbirləri zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcək.