Metro stansiyasında Hacıqabul rayon sakini olan bir qadın sərnişinin çantasından içərisində pulu olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Samir Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.