Şuşa-Xankəndi yolunda azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri Azərbaycan himnini səsləndiriblər.
Ednews xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Mənbə hazırda etiraz aksiyasının davam etdiyini yazır.
Xatırladaq ki, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan Laçın yolunun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.