Laçın yolunu bağlayan rus sülhməramlıları yuxarıdan əmr gözləyir - Erməni mətbuatı - FOTOLAR - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Laçın yolunu bağlayan rus sülhməramlıları yuxarıdan əmr gözləyir - Erməni mətbuatı - FOTOLAR

Cəmiyyət A- A A+
Dünən səhərdən etibarən azərbaycanlı fəallar Xankəndi-Şuşa yolunda aksiyaya start veriblər. Nəticədə rus sülhməramlıları Laçın yolunu bağlayıblar.
 
Ednews  xəbər verir ki, bu barədə informasiyanı “Hraparak” qəzeti yazıb.
 
“Maraqlıdır ki, əvvəlki vaxtlarda azərbaycanlılarla danışıqlara “Arsax” (Qarabağdakı qondarma rejim) nümayəndələri də cəlb olunurdu, xüsusən də danışıqlarda “Təhlükəsizlik Şurası”nın katibi Vitali Balasanyan iştirak edirdi.
 
İndi isə rejimin “deputatları” sülhməramlıların komandiri Andrey Volkovla görüşərək azərbaycanlılarla təmas qurmağı tələb kimi qoyublar. Rusiyalı general-mayor isə onların bu tələbini qəti şəkildə rədd edib.
 
“Deputatlar”a hadisə baş verən yerə yaxınlaşmağa belə imkan verilməyib, yol bağlandıqdan sonra hər iki tərəfdə erməni avtomobilləri yarı yolda qalıb.
 
Rusiya sülhməramlıları bildiriblər ki, danışıqlardan söhbət getmir, çünki bu, azərbaycanlıların tələbidir.
 
Onlar deyiblər ki, problem siyasi yolla həll edilməlidir və azərbaycanlıları ərazidən çıxarmaq üçün güc tətbiq etmək fikrində deyillər. Ancaq “yuxarıdan” əmr alandan sonra nə edəcəkləri bəlli olacaq”, deyə nəşr vurğulayıb.
 
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
 
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

 

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...