Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlıları azərbaycanlıların aksiya keçirdiyi ərazidə, daha doğrusu Xankəndidən Şuşaya gələn yolun tən ortasında modul tiplu kazarma quraşdırır.
Ednews xəbər verir ki, bununla bağlı görüntüləri Baku TV yayıb.
Mənbə qeyd edir ki, sülhməramlılar bu addımları ilə Laçın yolunu açmaq niyyətində olmadıqlarına ehyam vururlar.
Bildirilib ki, yolun Laçın tərəfdən gələn hissəsində də sülhməramlıların 2 BTR-i yolu bağlayıb. Azərbaycanlı fəallar sadəcə olaraq ərazidə dinc aksiya keçirirlər.
Qeyd edək ki, dünəndən bəri adı çəkilən yerə sülhməramlıların komandiri, general-mayor Andrey Volkov təşrif buyurmayıb.