Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb.
Ednews-un məlumatına görə, hadisə rayonun Dəyirmandağı kəndində qeydə alınıb.
1999-cu il təvəllüdlü Rövşanə Şadmanova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Qadın xəstəxanaya çatırılsa da onun öldüyü məlum olub.
Qeyd edək ki 21 yaşlı qadın ailəli olub, 6 aylıq övladı var.
Faktla bağlı araşdırma aparılır.