Xankəndi-Laçın yolunda dinc aksiya təşkil edən ekoloqlar və gənc fəallar dünya çempionatının final matçını aksiya meydanında izləyəcək.
Ednews xəbər verir ki, aksiyaçılara dəstək məqsədi ilə bu şəraiti İctimai televiziya yaradıb.
Belə ki, aksiya meydanına telekanalın xüsusi maşınları gətirilib və burada böyük manitor quraşdırılıb. Qeyd edək ki, aksiya hələ də aktiv şəkildə davam etdirilir. Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.