Gələn il 3 beynəlxalq şirkət Azərbaycanda ofis açmağa hazırdır.
Ednews xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva bildirib. Onun sözlərinə görə, həmin şirkətlər “Startupbootcamp”, ”Viveco” və “Yellow X” şirkətləridir.
“Onlar mentorluğun inkişafı, inkubasiya və akselerasiya proqramları (1 akselerator və 2 mentorluq təlimi) həyata keçirəcəklər. Bu 3 şirkət Azərbaycanda nümayəndəlik açacaq və 100 mentorun hazırlanması planlaşdırılır. Həmçinin 3 vençur studionun fəaliyyətə başlaması da planlaşdırlır. Vençur studio Azərbaycan üçün uyğun modeldir. Üstünlüyü ondan ibarətdir ki, təcrübəsi olan bir neçə şəxs ideyası olan, amma təcrübəsi olmayan gəncləri bir yerə yığaraq komanda hazırlayırlar. Daha sonar bu ideya üzərində işləməyə başlayırlar. Vençur studionun akseleratordan fərqi budur ki, onlar həm investiya qoya bilər, həm də birgə işləmiş olurlar”, - deyə İ.Vəliyeva bildirib.
Qeyd edək ki, “Startupbootcamp” beynəlxalq akseleratordur, ”Viveco” mentor yetişdirir, “Yellow X” isə təcrübə, inkubasiya proqramları keçirir.