Gəncə sakini kimyəvi təmizləyici vasitə içib.
Ednews-un məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. 1985-ci il təvəllüdlü Natiq Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardıma baxmayaraq, N.Məmmədov xəstəxanada keçinib.
Məlumata görə, 37 yaşlı kişi kimyəvi təmizləyici vasitə içib.
Faktla bağlı araşdırma aparılır.