Azərbaycanda tanınmış aktyor evində ölü tapılıb - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda tanınmış aktyor evində ölü tapılıb

Cəmiyyət A- A A+

Azərbaycanlı aktyor Sadiq Əhmədov vəfat edib.
 
Ednews "qafqazinfo"-ya istinadən xəbər verir ki, 62 yaşlı aktyor ötən gün Bakıda yaşadığı evdə ölü tapılıb.
 
Tanınmış aktyorun iki gün öncə vəfat etdiyi məlum olub. Mərhum aktyor ötən gün dəfn olunub.

Qeyd edək ki, Sadiq İsa oğlu Əhmədov 1960-cı ildə Şərurda anadan olub. O,  "Əlvida, cənub şəhəri", "Cavid ömrü", "Qafqaz", "Məhkumlar", "Etimad telefonu", "Səhərə inan...", "Dolu" kimi bədii filmlərdə, "Şirəbənzər", "Arabir görüşməyə kişi axtarıram" və s. tamaşalarda müxtəlif obrazlar yaradıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...