Kiyevin mərkəzində qurulan Yeni İl yolkası Ukraynaya dəstək olan ölkələrin bayraqları ilə bəzədilib.
Ednews xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdə Azərbaycan bayrağının rəngində olan bəzəklər də əks olunub.
Qeyd edək ki, Azərbaycandan Ukraynaya müharibə başlayandan etibarən bir neçə dəfə humanitar yardım tədarük edilib. Ötən gün növbəti yardım paketi Ukraynaya yola salınıb.
Paketə ölkədəki elektrik enerjisindəki məhdudiyyətlərin aradan qaldırılmasına kömək məqsədilə generatorlar daxil edilib. a