Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - ednews.net

31 Yanvar, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib

Cəmiyyət A- A A+

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Ednews xəbər verir ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin üç maşınının Xankəndidən Laçın istiqamətinə növbəti keçidi baş tutub.

Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...