Qazax rayon Polis Şöbəsinə rayonun Daş Salahlı kəndindəki evlərdən birində yanğın hadisəsi baş verməsi daha sonra yanğının digər bir evə keçməsi barədə məlumat daxil olub.
Bu barədə Ednews-a DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək yanğının qarşını almaq, evlərdəki vətəndaşların təxliyyə edilməsi üçün ilkin tədbirlər həyata keçirilib. Bundan başqa polis əməkdaşları hadisə yerini mühafizə edərək digər şəxslərin yaxınlaşmasının da qarşısını alıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gələrək yanğının qarşı alıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.