Tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas xəstəxanaya yerləşdirilib. Hazırda Topçubaşov adına Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alır.
Bu barədə Ednews-a qazi, jurnaslit Rey Kərimoğlu məlumat verib. O, qeyd edib ki, həmkarının xəstəliyi bir neçə gün bundan öncə baş qaldırıb. Ardıcıl qıcolma keçirib.
“Həkimlərin dediyinə görə İ.Tumas əsəb sarsıntısı keçirib. Axırıncı dəfə bir gecədə 3 dəfə ardıcıl qıcolma keçirib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Az əvvəl onunla danışdım. Hazırda vəziyyəti normaldır. Müalicəsi davam etdirilir. Ümid edirik ki, hər şey yaxşı olacaq”.
Qeyd edık ki, İlham Tumas Birinci Qarabağ müharibəsində 2 dəfə - könüllü və zabit kimi iştirak edib. Azərbaycanın tanınmış döyüşçüləri general Polad Həşimovla, Raquf Orucovla birlikdə xidmət edib. 44 günlük Vətən müharibəsində də Baş leytenant olaraq orduya çağırılıb. Cəbhənin cənub istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibədən sonra medallarla təltif edilib.
Oğuz Ayvaz