Bu il oktyabr ayında Beynəlxalq Avrasiya Mətbuat Fondu fəaliyyətə başlamasının 30 illiyi qeyd edib.
BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox mötəbər qonaqların iştirakı ilə böyük tədbir keçirilib.
Tədbirdə təbrik nitqi ilə çıxış edənlərdən biri də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyyəti sədri Vüqar Süleymanov olub.
O, ilk olaraq, BAMF-ın prezidenti Umud Mirzəyevi təbrik edərək. Onun bütün komandasına uğurlar arzulayıb.
Daha sonra Vüqar Süleymanov hər iki qurum arasında uzun müddət davam edən əməkdaşlıqdan danışıb. Bundan başqa BAMF-ın minalardan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsində, minaların sosial-iqtisadi mənfi təsirinin tədqiqatında, maarifləndirmədə və minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində əhəmiyyətli işlər yerinə yetirməsindən söz açıb.
Sözügedən videonu təqdim edirik: