SpaceX və Twitter-in sahibi İlon Mask 100-ə yaxın Starlink peykinin İranda internet dəstəyi təmin etdiyini bildirib.
Ednews Habertürk-ə istinadən xəbər verir ki, bununla bağlı Twitter-də İrandakı Starlink peyklərinin vəziyyəti ilə bağlı paylaşım edib.
Paylaşımda bildirilir ki, peyk internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş Starlink peykləri İranda aktivdir və onların sayı 100-ə yaxınlaşır.
Qeyd edək ki, Mask etirazların davam etdiyi İranda nümayişçilərin əlaqə saxlamasına imkan vermək üçün Starlink peyklərini açacağını bildirmişdi.
Ayan Rzayeva