Boynubükük satıcılar, qeybə çəkilmiş alıcılar “Vasmoy” bazarından REPORTAJ

Cəmiyyət 12:09 29.12.2022

Yolum "Vasmoy” bazarınadır. Belə deyəndə hamı hara getdiyimi daha yaxşı anlayır. Bakının küləyinə qoşulub özümü bazarın ortasında tapdım. Adamlar qarışqa misalı hər yerə səpələniblər. Alverçilərin səsini külək oğurlayır. Bu bazar kasıbların son dayanacağıdır. Hər şey tapmaq olar: mer-meyvə, pal-paltar...

Bazarın girişində limon satan qadınlar var. Soyuqdan bükülüb yumağa dönüblər. Müştəri haylamağa həvəsləri yoxdur.

- Xala, bayram ərəfəsinə görə limonlara endirim var?

- Nə? Bir az bərk danış...

Bu dəfə külək mənim sözlərimi oğurlayır. Uca səslə təkrar edirəm.

- 6 limonu  manata verirəm da. Bundan artıq da endirim?

Corab satan nənə yanımdan keçir, arxasınca arabaçı, ondan sonrakı adam balıq satanlardı. Bazarın bu hissəsi ət və balıq qoxur, amma bir müddət qalmaq adamı iyrəndirir.

Piştaxtada boynubükük satıcıları danışdırmaq üçün iri addımlar atıram. Ağsaqqal almaların tozunu silir.

- Neçəyədi alma?

- 1.20

- Niyə elə bahadı?

- 1 manata elə özüm götürmüşəm.

- Bazar var, dayı?

- Yox e, camaatda pul yoxdu. Əvvəllər hər şeydən 3-4 kq alardılar. İndi 1 kilo alırlar. Onu da minnətnən, deyinə-deyinə.

- Bayram qabağı...

- Əşi, nə bayram. Dəliyə hər gün bayramdı. Kasıbın bayramı olur?

- Dayı, olar şəklini çəkim?

- Niyə?

- Juranlistəm, reportaj yazacam.

- Alə, get özünüə kişi işi tap. Juranlist imiş...

Öz-özümə gülürəm. Yanındakı pendir satan xala da gülüşümə təbəssümlə cavab verir.

Bazarda soğan 60-70 qəpik arası, kartof 70 qəpik -1 manat arası dəyişir. Almaların növünə, yerli və xarici olması qiymət fərqliliyi yaradır. Kilosu 1 manata da olan almaya da rast gəlmək olur, 3 manata da... Kələm 60 qəpik, yerkökü 0.80 manat, mandarin 0.60-1 manat arası, portağal 1-1.50 manatadır. Banan 2.50 manat, 3 manat arası satılır. Satıcılar deyir ki, bananın qiyməti ötən həftələrə nisbətdə  bahalaşıb. Qoz, fındığa gəlsək 4-5 manat arası dəyişir.

Bazarı gəzdikcə o izdihamı, qələbəliyi görə bilmirəm. Uşaqlığım yadıma düşür. Anamla bazara gedəndə az qalırdı məni itirə. Adamlar o qədər çox idilər... İndi bazarda demək olar rahat gəzmək olur. Elə bu minvalla portağal satan qardaş diqqətimi çəkir. O da mənə nəzər yetirir. Yaxınlaşanda üzündə yolka işıqları kimi yanıb-közərən təbəssüm yarandı.

- Deyəsən, blogersən

- Yox, jurnalist. Vəziyyət necədi bazarda?

- Qardaş, alıcı tapa bilmirik. Neçə həftədir bazarda sakitçilikdir. Ümidimizi bayrama bağlamışıq. O da ki belə. 2-3 gün qalıb da. Belə getsə, heç bayramda da nəsə qazana bilməyəcəyik. Yəqin, camaatda pul yoxdur deyə bazara üz tutmur. Elə evlərinə yaxın marketlərdən, kiçik dükanlardan 1-2 kilo nə lazımdırsa alırlar. Daha bazara gəlməyə ehtiyac qalmır.

Bu an alıcılardan biri biz tərəfə yaxınlaşır. Ayağını saxlayır. Öz-özünə səsli düşünür: xiyarı aldım, kartof qaldı, 23 manat...

Mən də bunu fürsət bilib kişiyə sual tuşlayıram.

- Yeni il bazarlığı necə gedir?

- Şükür, yaxşıdı, yavaş-yavaş alıram.

- Bayramınız mübarək

- Sağ olun.

Qaz, toyuq, xoruz, ördək satan kişinin yanına üz tuturam.

- Ördəyin kilosu neçəyədir?

- 13-15 manat arası dəyişir

- Bir dənəsi?

- Hə...

- Toyuq necə?

- 10 manata verərəm.

Yeni il süfrəsinin əvəz olunmaz yeməyi hind quşu ağlıma gəlir. Bu hinduşkalar harada satılır?

- Bazarın aşağısında, tində.

Lotereya satan oğlan məni səsləyir:

- Bəxtini sına, qardaş.

- Bəxtim olsa burda nə işim vardı?

Gülüşmə...

- Elə bu yaxınlarda, yeni il ərəfəsi bir kişi yaxşı pulla getdi. O da sənin kimi tələsirdi. Bax da yenə.

- Nə qədər oldu uduşu?

- 250 manat.

Başlayır o adamı təsvir etməyə.

Həmin qəhrəman kasıb, qəpiyə güllə atanın biri imiş. Bütün günü küçələrə düşüb iş axtaran, əlacsız qalan kişinin evə getməyə belə üzü yoxmuş, uşaqlarının məsum görünüşünə baxmağa dözə bilmirmiş. Evdə balaca oğlu hardansa tapdığı yolkanı quraşdırıb, uşaqlar pərvanə kimi ətrafında dolanırmış. Yeni il gəlir, əldə-ovucda da heç nə yox.

Lotereya satandan heç nə almıram. Bəxtimi bazarda qoyuram.

Hinduşka satanları tapıram. Soyuqdan üşüyən hindi toyuqları bir-birlərinə sığınıb isinirlər.

- Kilosu neçəyədir?

- 12 manatdan verərəm.

Satıcı ilə söhbətimizdə bildirdi ki, fərə hind toyuğunun ətinin kiloqramı 12-13 manatdan satılır. Qiymətlər keçən il də belə olub. Hind toyuğunun xoruzunun ətinin kiloqramı isə 11-12 manatadır.

Bu yerdə bu quşlar haqda sizə tarixi məlumat verim. Nəsə yadıma düşdü. Hindular “hinduşka”nı o zamandan əhliləşdirərək ev quşu ediblər. Yerli qrupla mühacirlər arasında döyüşlər baş verir və nəticədə çoxlu sayda koloniyaçı və hindli həlak olur. Buna görə də qırmızıdərililər arasında həmin gün “Yas günü” kimi keçirilir. Amerikalılar isə bu günü bayram hesab edirlər.

Çərəz dükanındayıq. Yerli məhsul olan qoz ləpəsinin qiyməti 12-23, fındıq ləpəsi 10-15, badam isə 15-20 manat arasında satılır. Xaricdən gətirilən qozların qiyməti isə 30-35 manat arasında dəyişirdi. Kişmiş 8-16 manat, yerfıstığı 16-33 manat, qaysı 14-16 manat arasında, albuxara 8, gavalı qurusu 8-12, alça qurusu 9, quru badam 12, alma qurusu 9, turş gilas və çiyələk qurusu isə 16 manata təklif edilir.

Küləyin sürəti artır. Piştaxtada adamların yolunu gözləyən alıcılar, məhsulları bir-bir arxada qoyuram. Bazardan çıxıb üzü metroya tərəf qaçıram. Daha doğrusu küləyin axınına qoşulub gözdən itirəm...

Oğuz Ayvaz  

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Hamısı