Yeni il dünya ölkələrinin hər birində xüsusi qarşılanır. Ölkələr yeni ilin gəlişini fərqli saatlarda qeyd edirlər. Bütün dünyada Yeni il coşğusu olsa da, eyni anda yeni ilə salam deyə bilmirik. Hətta bəzi ölkələr yeni ilə günorta saatlarında daxil olurlar. Ölkələr arasındakı vaxt fərqi sayəsində hər ölkə Yeni ilə fərqli vaxtlarda qarşılayır.
Ednews sizə Yeni ili ən tez və gec qarşılayan ölkələrin siyahısını təqdim edir :
Çin
Dünyada insan sayına görə birinci yerdə olan Çin Yeni ili Bakı vaxtı ilə 19.00-da qarşılayacaq.
Rusiya
Birdən çox saat qurşağından istifadə edən Rusiyada bəzi bölgələr yeni ili Bakı vaxtı ilə saat 21:00-da qeyd edəcək.
İndoneziya
Yeni ili Bakı vaxtı ilə 21.00 qeyd edən ölkələrdən biri də İndoneziyadır.
Tayland
Tayland əhalisi də yeni ili Bakı vaxtı ilə 20.00-da qeyd edən ölkələr sırasındadır.
Cibuti
Şərqi Afrika dövləti olan Cibuti Bakı vaxtı ilə Yeni ili 20.00-da qeyd edəcək.
Ayan Rzayeva