Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb.
Ednews apa.az-a istinadən xəbər verir ki, rayon sakinləri 1994-cü il təvəllüdlü Sevta Aslanova və onun oğlu 2013-cü il təvəllüdlü Əli Aslanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə onlar yaşadıqları evdə dəm qazından zəhərlənib.
Qazaxda 2 nəfər dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.
Zəhərlənən şəxsləri kimlikləri dəqiqləşdirilir.