Sabahın hava proqnozu - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Sabahın hava proqnozu

Cəmiyyət A- A A+

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ednews-a verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq.Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı gözlənilir.

Dağlıq rayonlarda zəif qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq. 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...