Qardaş Türkiyənin Mersin şəhərində səfərini davam etdirən qazilərdən ibarət nümayəndə heyətimiz Şəhidlər Xiyabanını ziyarət edib. Şəhid ailələrini ziyarət edən qazilərimiz şəhidlərin xatirəsini yad ediblər, Şəhidlərin məzarları üstünə güllər qoyulub, haqqlarını ömürboyu unudulmayacağını söyləyiblər.
Ednews xəbər verir ki, Şəhidlər Xiyabanını ziyarətdən sonra qazilərimiz Muharib Qazilər Dərnəyinin Mersin şöbəsində qonaq olublar. Tədbirdə Mersin Valisi, Bələdiyyə başkanı, Akdeniz bölgə və Dəniz komutanı və bir neçə dövlət rəsmiləri iştirak ediblər.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli dövlət rəsmilərinə xatirə hədiyyələri təqdim edib.
Gənclər və İdman Nazirliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən səfər davam etdirilir.